IQNA

Müsəlman Alimlərinin Dünya Birliyi səudiyyə koalisiyasının qərarına cavab verdi

11:55 - November 24, 2017
Xəbər sayı: 3482422
Səudiyyə koalisiyası (BƏƏ, Bəhreyn və Misr) bəyaniyyə yayaraq Şeyx Yusif Qərzavinin təsis etdiyi "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatının terrorist olduğunu elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, radikal və terrorçu vəhabi şeyxlərinin idarə etdiyi Səudiyyə koalisiyası (BƏƏ, Bəhreyn və Misr) bəyaniyyə yayaraq Şeyx Yusif Qərzavinin təsis etdiyi "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatının terrorist olduğunu elan edib.

"Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatının rəis müavini Əhməd Risuni Türkiyənin "Anadolu Xəbər Agentliyi" ilə müsahibəsində bu məsələyə reaksiya verərək dedi: Qətərə sanksiya tətbiq edən ölkələrin bu təşkilatı da terrorist təşkilatların siyahına salması yeni bir şey deyil və gözlənilən idi. Çünki BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) üç il bundan öncə də "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatını terrorist elan etmişdi. Həmçinin bu təşkilatın rəisi Şeyx Yusif Qərzavi qiyabi şəkildə Misirdə edam məhkum edilmişdi.

Əhməd Risuni - "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatının rəis müavini, dünya ölkələrin bu edam hökmünə heç bir dəyər vermədiyinə və əhəmiyyət vermədiyinə işarə edərək dedi: "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatının terrorçuları dəstəkləyən bu ölkələr tərəfindən terrorist qruplar siyahısına salınması bu təşkilatın doğru mövqe tutduğuna dəlildir.

O əlavə etdi: Bu dörd ölkənin (Ərəbistan, Misr, Bəhreyn və BƏƏ) verdiyi qərarın heç bir əhəmiyyəti yoxdur və "Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatını terrorist qruplaşmalar siyahısına salmaq üçün heç bir siyasi və hüquqi dəlil yoxdur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misr və Bəhreyn ölkələri Qətər ilə münasibətlərinin pozulmasının ardınca Qətərin paytaxtı Duhedə yerləşən "Müsəlman Alimlərinin Dünya Birliyi"ni və "Beynəlxalq İslam Şurası"nı terrorist təşkilatlar siyahısına salıblar.

"Müsəlman Alimlərinin Dünya Birliyi" təşkilatı 2004-cü ildə Şeyx Yusif Qərzavi tərəfindən və şiə və sünni alimlərinin iştirakı ilə Misrdə yaradılıb. Qərzavi "İxvanul-Müslimin" təşkilatı ilə yaxın olduğu üçün Misirdən sürgün edildi və hazırda Qətərdə yaşayır.

Qətər əmiri Təmim ibn Həmdin Səudiyyə Ərəbistanını tənqid edən və İranı dəstəkləyən çıxışından sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misr və Bəhreyn dövlətləri Qətəri terrorizm və radikalizmi yaymaqda günahlandıraraq bu ölkəyə qarşı diplomatik sanksiya tətbiq etdilər.

Rəsmi Qətər isə bu ittihamları rədd edərək cavab verdi ki, Səudiyyə Ərəbistan və tərəfdarları Qətərin siyasi müstəqilliyinə zərbə vurmaq istəyirlər, çünki Qətər Riyazın siyasətlərinə tabe olmaq istəmir.

http://iqna.ir/fa/news/3666406


captcha