IQNA

Qahirədə “Quranın rus ədəbiyyatına təsiri” seminarı keçirildi

1:05 - February 01, 2018
Xəbər sayı: 3482717
Misirin paytaxtı Qahirədə keçirilən 49-cu beynəlxalq kitab sərgisinin haşiyəsində “Rus ədəbiyyatçılarının Qurandan təsirlənməsi” adlı elmi seminar keçirildi.

Qahirədə “Quranın rus ədəbiyyatına təsiri” seminarı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirədə a 49-cu beynəlxalq kitab sərgisinin haşiyəsində “Rus ədəbiyyatçılarının Qurandan təsirlənməsi” adlı elmi seminar keçirildi.

Qahirədə keçirilən 49-cu beynəlxalq kitab sərgisinin kənarında keçirilən elmi seminarlarda Rusiya və İslam münasibətlərinə aid də iki seminar keçirilib. Dilçilik və ədəbiyyat ustadlarının iştirakı ilə keçirilən seminarların birində “Rus və Ərəb dilləri arasında tərcümə hərəkatı” və digərində isə “Rus ədəbiyyatçılarının Qurandan təsirlənməsi” mövzusu müzakirə obyekti olub.

Seminarda çıxış edən Məhəmməd Abbas (Misrli filoloq və ədəbiyyatşünas) Ərəb ədəbiyyatının Rusiyada tərcüməsində və bu tərcümələrin Rus yazarları, ədibləri və ədəbiyyatındakı təsirindən və rusların Qurandan təsirlənməsindən danışdı.  

O vurğuladı: Rus ədəbiyyatının Qurani- Kərimdən təsirlənməsi göstərir ki, uzun illər davam edən “islamofobiya” cərəyanı bu xalqın ədəbiyyatında təsirə malik olmayıb və onlar Qurani- Kərimə dərin insani baxışla yanaşıblar.

Seminarda çıxış edən digər misirli ustad Amir Məhəmməd Əhməd dedi: Rusiyda ilk tərcümə hərəkatı Böyük Tezarın vaxtında, 1716-cı ildə başlamışdır. Qurani- Kərimin məfhumları lüğəti 1790-cı ildə iki dəfə rus dilinə tərcümə edilmişdir.

O əlavə etdi: Tərcümə cərəyanı “yumuşaq güc”lərdən sayılır, buna görə də gərək siyasi və iqtisadi baxımdan dəstəklənsin və ruslarla ərəblər arasındakı müxtəlif əlaqələrin yaxşılaşmasından və genişlənməsindən tərcümə hərəkatı üçün də istifadə edilsin.

Qeyd edək ki, Misrin paytaxtı Qahirədə 49-cu beynəlxalq Quran yarışları keçən həftənin şənbə günü, 27 Yanvar 2018-ci il, 27 ölkənin iştirakı ilə başlayıb və Fevral ayının 10-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3687133

Teqlər: iqna ، sərgi ، misr ، qahirə ، rus ، Ərəb
captcha