IQNA

Misrdə “terrorizmlə mübarizə şurası” yaradıldı

16:39 - April 04, 2018
Xəbər sayı: 3482981
Misrin ali qanunvericilik orqanı olan “Misr Milli Məclisi”in üzvləri bu ölkədə terrorizmlə mübarizə şurasının yaradılması barədə layihəni təsdiq etdi.

Misrdə “terrorizmlə mübarizə şurası” yaradıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin ali qanunvericilik orqanı olan “Misr Milli Məclisi”in üzvləri bu ölkədə terrorizmlə mübarizə şurasının yaradılması barədə layihəni təsdiq etdi.

Misr parlamenti cari həftənin birinci günü, 2 Aprel 2018-ci il, bəyaniyyə yayaraq bu ölkədə dövlət tərəfindən təklif edilmiş “Radikalizm və Terrorizmlə Mübarizə Ali Şurası” layihəsinin təsdiq edildiyini xəbər verib.

Misr parlamenti nümayəndələrinin üçdən ikisinin rəyi ilə qəbul edilən layihənin əsas hədəfi cəmiyyətin və ictimai qrumların radikalizm və terrorizmlə mübarizə üçün mövcud potensialını aktivləşdirmək və onları terrorizmlə üzləşmək və vətəndaşların təhlükəsizliyini qorumaq üçün hərəkətə gətirməkdir.

Milli Məclisinin qəbul etdiyi qanun layihəsi Misr prezidentnin imzasından sonra həyata keçiriləcəkdir.

Misrin Radikalizm və Terrorizmlə Mübarizə Ali Aşurasında bu ölkənin prezidenti və digər 21 nəfər vəzifəli şəxsi üzvdür.

Həmçinin vəzifəyə prezidentin birbaşa nəzəratəi ilə təyin edilən baş nazir, parlament rəisi, əl-Əzhərin şeyxi, İskəndəriyyənin papası, müdafiə naziri, xarici işlər naziri, təhlükəsizlik naziri və s… insanlar bu şuranın üzvüdürlər.

Bu şura hər iki ayda bir dəfə və zəruri durumlarda president Əbdülfəttah Sisinin başçılığı ilə keçiriləcəkdir.   

http://iqna.ir/fa/news/3702716

Teqlər: iqna ، misr ، terrorizm ، ali şura
captcha