IQNA

Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib

17:28 - April 04, 2018
Xəbər sayı: 3482982
Terrorist Səudiyyə Ərəbistanının törətdiyi müharibə vəhşilikləri və cinayətlərinin nətircəsində 2017-ci ilin oktyabr ayından indiyədək Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib.

Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “elnashra” xəbər saytına istinadən xəbər verir ki, dünyada terrorizmin himayədarı kimi tanınan Səudiyyə Ərəbistanının törətdiyi müharibə vəhşilikləri və cinayətlərinin nətircəsində 2017-ci ilin oktyabr ayından indiyədək Yəməndə difteriyaya yoluxmuş 84 nəfər həyatını itirib.

 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı açıqlamada bildirirlir.  Ötən ilin oktyabr ayından indiyədək Yəmənin 23 əyalətindən 20-də ( 333 şəhərdən 191-də) araşdırmalara görə, ümumilikdə 1516 nəfər difiteriyaya  yoluxub.  
 
Qeyd edək ki, Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustundan başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
 
Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Nəticədə vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Bu günə qədər 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.
captcha