IQNA

Əl-Əzhərin 30 dildə Quran tərcümə layihəsi

0:33 - April 05, 2018
Xəbər sayı: 3482984
Əl-Əzhərin vitse-prezidenti Yusif Amir bu barədə xəbər verərək deyib: “əl-Əzhər Tərcümə Mərkəzi” Qurani-Kərimin dünyanın 30 dilinə tərcümə edilməsi barədə layihə hazırlayıb.

Əl-Əzhərin 30 dildə Quran tərcümə layihəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən İslam Elmləri Universitetinin vitse-prezidenti və “əl-Əzhər Tərcümə Mərkəzi” rəhbəri Yusif Amir bu barədə xəbər verərək deyib: “əl-Əzhər Tərcümə Mərkəzi” Qurani-Kərimin dünyanın 30 dilinə tərcümə edilməsi barədə layihə hazırlayıb.

Yusif Amir həftənin birinci günü, 2 Aprel 2018-ci il, Misrin İskəndiyyə şəhərinin beynəlxalq kitab sərgisinin haşiyəsində keçirilən “əl-Əzhər Tərcümə Mərkəzinin İslam mədəniyyətinin yayılmasındakı rolu” adlı seminarda çıxışı zamanı bu layihənin hazırda icra mərhələsində olduğunu vurğulayıb.

Keçə il yarım ərzində bu mərkəzin 154 kitab tərcümə etdiyini öncə çəkən vitse-prezident hazırda 5 elmi layihənin üzərində işlənildiyini və bunlardan ilkinin Quranın 30 dilə tərcüməsi olduğunu qeyd edib.  

O əlavə edib ki, Qurani-Kərimin İngilis, Fransız və Suahili dillərində tərcüməsi başa çatmışdır və Quranın tərcüməsindən sonra icra növbəsində uşaqlar üçün “nur” juranlının 5 dilə tərcüməsi və həmçinin “Dini Terminlər Lüğəti”nin 15 dilə tərcümə edilməsidir. 

http://iqna.ir/fa/news/3702694

captcha