IQNA

Türkiyədə tələbələrin beynəlxalq Quran yarışları

9:45 - April 14, 2018
Xəbər sayı: 3483027
Türkiyənin Karabük şəhərində dünyanın müxtəlif ölkələrindən olan tələbələrin arasında beynəlxalq Qurani-Kərim yarışları başlayıb.

Türkiyədə tələbələrin beynəlxalq Quran yarışlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Karabük şəhərində dünyanın müxtəlif ölkələrindən olan tələbələrin arasında beynəlxalq Qurani-Kərim yarışları başlayıb.

İslam dünyası tələbələrinin beynəlxalq Qurani-Kərim qiraəti yarışlarının ilkin mərhələsi cari həftənin Cüməaxşamı günü, 12 Aprel 2018-ci il, Türkiyənin Karabük şəhərində başlayıb və ilk mərhələ sabah, həftənin bazar günü, Aprel ayının 15-də başa çatacaqdır.

Müsəlman ölkələrinin tələbələri arasında keçirilən bu Quran yarışlarının final mərhələsi isə gələn həftə ikinci günü, 2018-ci ilin Aprel ayının 17-də keçiriləcəkdir.

Bu yarışlarda dünyanın müxtəlif ölkələrindən, o cümlədən İraq, İordaniya, Sumali, Livan, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Misr, Suriya, Çad və Cyubitidən 112 nəfər tələbə iştirak edir.    

http://iqna.ir/fa/news/3705265

captcha