İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər, həftənin bazar günü, 22 Apel 2018-ci il, Əfqanıstanın paytaxtı Kabulda seçkilərə namizədlərin qeydiyyata alındığı məntəqədə terror aktı baş verib.
Əksəriyyəti şiə olan qeydiyyat məntəqəsində intiharçı terrorçunun partlayıcı kəməri işə salması ilə onlarla insan yaralanıb və ölüb.
Bu barədə Əfqanıstan polisi məlumat yayıb. Polisin və Əfqanıstanın Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, bu hadisə zamanı 37 nəfər həyatını itirib və 50-dən çox insan yaralanıb.
ABŞ, İsrail və Səudiyyə Ərəbistanın dəstəklədiyi İŞİD terrorist ünsürləri partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Qedy edək ki, Əfqanıstan cari ilin payızında, Oktyabr ayının 20-də keçiriləcək parlament seçkilərinə hazırlaşır.
http://iqna.ir/fa/news/3707902
http://iqna.ir/fa/news/3707814