IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əl-Məsirə telekanalının bu gün verdiyi məlumata görə, bu hücumda Səudiyyə qırıcıları yəmənli didərginləri daşıyan bir ədəd avtobusu dağıdıblar.
Bu hücumda 9 mülki həlak olub, 11 nəfər də yaralanıb. Təcavüzkarların Hədidə vilayətinə hücumu nəticəsində indiyədək 5 min ailə öz ev-eşiyindən didərgin düşüb.