IQNA

İƏT-nın baş katibi İordaniyanın üç naziri ilə görüşüb

10:09 - August 06, 2018
Xəbər sayı: 3483604
İslami Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əsimeyn dünən, həftənin bazar günü, 5 Avqust 2018-ci il, İordaniyanın paytaxtı Omanda bu ölkənin üç naziri ilə görüşüb.

İƏT-nın baş katibi İordaniyanın üç naziri ilə görüşübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əsimeyn dünən, həftənin bazar günü, 5 Avqust 2018-ci il, İordaniyanın paytaxtı Omanda bu ölkənin üç naziri ilə görüşüb.

Yusif Əsimeyn İordaniyanın Xarici İşlər Naziri Eymən Səfdi ilə görüşərək region, Suriya, Fələstin və beynəlxalq məsələləri müzakirə ediblər.

İordaniyanın İctimai İnkişaf naziri ilə görüşən baş katib İslam dünyasında uşaqların himayə edilməsi və ailə dəyərlərinin qorunub saxlanılması barədə danışıblar.

Yusif Əsimeyn həmçinin İordaniyanın Mədəniyyət Naziri Bəsmə Nəsur ilə görüşərək müsəlman millətlərin mədəniyyət əlaqələrinin genişləndirilməsi və İslami dəyərlərin gücləndirilməsi barədə layihələri müzakirə ediblər.

http://iqna.ir/fa/news/3736166

 

Teqlər: iqna ، iət ، İordaniya ، oman
captcha