IQNA

Avropa ölkələrində antisemitizmin səbəbi

6:14 - August 08, 2018
Xəbər sayı: 3483616
Avropanın beş ölkəsində antisemitizm və onun müsəlmanlar ilə əlaqəsi barəsində aparılan tədqiqatların nəticəsi göstərib ki, "yəhudi düşmənçiliyi"nin müsəlmanlarla heç bir rabitəsi yoxdur.

Avropa ölkələrində antisemitizmin səbəbiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropanın beş ölkəsində, İngiltərə, Fransa, Almaniya, Belçika və Hollandiyada semitizm və onun müsəlmanlar ilə əlaqəsi barəsində aparılan tədqiqatların nəticəsi göstərib ki, "yəhudi düşmənçiliyi"nin müsəlmanlarla heç bir rabitəsi yoxdur.

Araşdırmalardan məlum olub ki, Avropa ölkələrində hər gün artmaqda olan antisemitizmin (yəhudilər əleyhinə düşmənçilik) müsəlmanların bu ölkələrə mühacirəti ilə əlaqəli deyil. Antisemitizm bu ölkələrdə qədimdən cəmiyyətin əksəriyyətinin rəftarında müşahidə olunan bir haldır.  

Londonun "Piers" antisemitizm araşdırma müəssisəsi tərəfindən "Afrikalıların, Orta Şəqr ölkələrində və digər ölkələrdə yaşayan müsəlmanların və həmçinin Ərəb ölkələri vətəndaşlarının Avropya 2014-cü ildən başlayan kütləvi mühacirəti və antisemitizmin çoxalması arasında səbəblər"i araşdıran bu tədqiqatın nəticəsi yuxarıda göstərilən ölkələrdə yəhudi düşmənçiliyin və artmaqda olan antisemitizm cinayətlərinin qədim köklərinin olduğunu üzə çıxarıb.

Araşdırmanın nəticələri göstərib ki, Almaniya və digər Avropa ölkələrində baş verən antisemitizm cinayətləri qeyri-müsəlmanlar və radikal sağçılar tərəfindən törədilib.

Buna baxmayaraq bəzi müsəlman azlıqların da arasında antisemitizm halı müşahidə edilib. Məsələn, Almaniyada soğruda iştirak edən türkəsilli müsəlmanların yarısı yəhudilərə nisbət müsbət fikirdə olduqlarını bildirsələr də, soğruda iştirak edənlərin 30 faizi sualı cavablandırmayıblar və digər 21 fazi isə yəhudilərə qarşı mənfi fikir səsləndiriblər.

Həmin mövzuda 2013-cü ildə keçirilən sorğulardan məlum olub ki, Almaniyada yaşayan müsəlman cavanlar yəhudilərə qarşı mənfi fikirdədirlər. Ərəb cavanlarının 42 faizi və digər müsəlmanların 25 faizi yəhudilərə qarşı mənfi fikirdə olduqlarını açıqlayıblar.

Hər halda, 2011-ci ildən indiyədək baş verən antisemitizm cinayətlərinin səbəblərinin araşdırılması və müsəlman cavanlar arasında keçirilən sorğudan məlum olub ki, Avropa ölkələrində baş verən antisemitizm cinayətlərinin müsəlmanların çoxalması və həmçinin Fələstin- İsrail münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.

http://iqna.ir/fa/news/3736530

 

Teqlər: almaniya ، iqna ، avropa ، antisemitizm
captcha