İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mərkəzi Cəza Məhkəməsi İŞİD terrorist qruplaşmasının beş üzvünün barəsində edam hökmü çıxartdı.
İraqın Ali Məhkəmə Şurasının sözçüsü dünən, həftənin ikinci günü, 7 Avqust 2018-ci il, bu barədə xəbər verərək deyib: İraqın Mərkəzi Cəza Məhkəməsi İŞİD terrorçularının beş intiharçı üzvü barədə edam hökmü verdi.
O əlavə edib: Barələrində edam hökmü çıxarılan İŞİD ünsürləri Neynəva və Ənvar əyalətlərində polis və təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma yaradıblar və həmçinin müxtəlif terror əməliyyatları həyata keçiriblər.
http://iqna.ir/fa/news/3736823