IQNA

"Sputnik" dünyanın ən gözəl məscidlərini təqdim edib – Foto

14:54 - August 24, 2018
Xəbər sayı: 3483719
"Sputnik" xəbər agentliyi dünyanın ən gözəl məscidləri barədə qısa məlumat dərc edib. Məlumatda özünəməxsus memarlıq medotları və dizayn tərzi ilə fərqlənən 13 məscid təqdim edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın "Sputnik" xəbər agentliyinin informasiya portalı dünyanın ən gözəl məscidləri barədə qısa məlumat dərc edib. Özünəməxsus memarlıq medotları və dizayn tərzi ilə fərqlənən 13 məscidin arasında İran İslam Respublikasında yerləşən iki məscid də yer alıb.

1.- "Nəsirul-Mülk məscidi": Bu qədimi məscid İran İslam Respublikasının Şiraz şəhərində yerləşir.

Məscidi Qacar sülaləsinin tanınmış şəxsiyyətlərindən olan "Nəsirül-Mülk" ləqəbi ilə tanınan Mirza Həsən Əlixan tikdirib.

Memar Məhəmməd Həsən Memar tərəfindən inşa edilən məscid 1255-1267-ci hicri-şəmsi illərində 12 il müddətində tikilmişdir.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

2.- "Sultan Əhməd məscidi": Türkiyənin İstambul şəhərində yerləşir. 1609-1616-cı illərdə Osmanlı sülaləsindən olan 1-ci Sultan Əhmədin göstərişi ilə tikilib. Daxilində mavi piltələrdən çox istifadə edildiyi üçün "Göy Məscid" də adlanır. 1934-cü ildə "Ayafusiya" məscidi muzeyə çevirildikdən sonra "Sultan Əhməd məscidi" ibadi mərasimlərin yerinə yetirildiyi əsas məscidlərdən biri oldu.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

3.- "Lala Mustafa Paşa məscidi": Miladi tarix ilə 1298-1400-cü illərdə Kiprin Famgusta şəhərində katolik kilsəsi olaraq tikilib. 1571-ci ildə Osmanlı imperatorluğu tərəfindən məscidə çevirilib.

زیباترین مساجد جهان از نگاه یک رسانه روسی + عکس

4.- "Vilayah Persekutuan" məscidi": "Wilayah Persekutuan" məscidi Malaziyanın paytaxtı Kualalampurda yerləşir. Memarlıq və dizayınında rənglərin tərkibi baxımından dünyanın ən gözəl məscidlərindən biri sayılır.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

5.- Sankt-Peterburqun came məscidi: Buxara xanı Əmir Əbdül Əhəd 1906-cı ildə 2-ci Nikolaydan məscidin tikintisi üçün yer alır. 1910-cu ilin Fevral ayının 3-d məscid tikilməyə başlayır. Məsciddə ilk namaz 1913-cü ilin Fevral ayının 22-də qılınır. 1920-ci ilin Aprel ayının 30-da məscidin tikilişi tamamlanır.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

6.- "Qulşərif məscidi": Miladın 16-cı əsrində tikilən bu məscid Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində yerləşir. Bu məscid orta əsirlərdə Rusiyanın mərkəzində elm ocaqlarından biri olub. Məscidin 1-ci mərtəbəsi ibadət ocağı, 2-ci mərtəbəsi isə İslami muzeydir. Məscidin günbəzi 39 metr və dörd minarəsinin hər biri 57 metrdir.  

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

7-. "Şahçırağ məscidi": İran İslam Respublikasının Şiraz şəhərində yerləşən tarixi məscid və ziyarət ocağıdır. İngilislər bu məscidi "Nur Şahı" adlandırır. Tarixçilərin dediyinə görə, bu məscidin 900 il tarixi vardır.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

8-. Moskvanın came məscidi: Məscidi ilk dəfə 1904-cü ildə Nikolay Jukovun dizaynı və memarlığı ilə tikməyə başladılar. Tatar məscidi adlanan bu məscid dəfələrlə təmir edilmişdir. Məscidin 2008-ci ildə mədəni abidə kimi qeydiyyatdan keçirilməsi söz-söhbətə səbəb oldu. Buna görə də həmin ilin sonlarında qədimi və mədəni abidələr siyahısından çıxarıldı. 2011-ci ildə isə tamamilə sökülərək 10 min nəfərlik tutum ilə yenidən tikildi. Məscidin açılış mərasimi 2015-ci ildə Vladimir Putin, Mahmud Abbas (Fələstin) və Rəcəb Təyyib Ədroğanın iştirakı ilə keçirildi.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

9.- "Məscidul-Həram": KƏBƏ evi, İslam dünyasının ən böyük məscidi və müsəlmanların qibləsi. Digər adları "beytul-həram" və "beytul-ətiq"dir.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

10.-  Omanın "Sultan Qabus məscidi": Dünyanın ən cazibəli modern məscidlərin biri olan bu məscid Məsqət şəhərində yerləşir. Məscid Oman, Orta Şəqr və İslami memarlıq metodlarını özündə tərkib edib. Məscid 2001-ci ildə və altı il müddətində tikilmişdir. Omanın ən böyük məscidi olan bu ibadət ocağının 20 min nəfərlik tutumu vardır. Məscidin ümumu sahəsi 416000 kv.metdir, hər guşəsində 45 metrlik 4 minarə vardır.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

11.- Filippin Çəhrayı Məscidi: Filippinin Maguindanao əyalətində tikilən bu məsciddə istifadə edilmiş bütün avadanlıqlar çəhrayı rəngdədir. Datu şəhərinin icra hakimi bütün dinlərin tərəfdarlarını razı salmaq üçün məscidi "eşq, dostluq və sülh rəmzi" olan "çəhrayı" rəngdə tikdirir. Tikintisi 2014-cü ildə başa çatan məscidi "The Masjid Dimaukom" adlanır.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

12.- Malaziyanın Putra Caya came məscidi: 1997-199-cu ildə tikilib. Məscidin 15 min nəfərlik tutumu vardır. Məscidin divarı Mərakeşin Kazablanka şəhərindəki Həsən Şah məscidinin divarlarına oxşayır. Məscid 12 sütün üzərində tikilmişdir. Məscidin günbəzin ən uca nöqtəsi yerin səthindən 250 yüksəkdədir.

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

13.- BƏƏ-də "Şeyx Zayid məscidi": Adından göründüyü kimi, bu məscid BƏƏ-ni respublikasını təsis edənin və Əbu-Zəbinin hakiminin göstərişi ilə tikilmişdir. Məscid müasir memarlıq nümunələrindəndir ki, tikintisində ənənəvi memarlıq faktorlarında da istifadə edilmişdir. Məscidin tikintisinə 2 milyarda 167 milyon BƏƏ dirhəmi xərclənmişdir. Məscid yer səthindən 9 metr yüksəkdə olan təpə üzərində tikilmişdir. Bu məscidin günbəzi İslam dünyasında tikilmiş məscidlərin hamısının günbəzindən böyükdür. Bu günbəzin 83 metr hündürlüyü və 32.8 diametr sahəsi vardır. Məscidin banisi Şeyx Zayid 2004-cü ildə vəfat etdikdən sonra məscidin şimal guşəsində dəfn edilmişdir.  

زیباترین مساجد جهان از نگاه خبرگزاری روسیه / در حال تکمیل

http://iqna.ir/fa/news/3740810

 

 

Teqlər: iqna ، suputnik ، məscid ، memarlıq ، dizayn
captcha