IQNA

Səudiyyənin beynəxalq Quran yarışlarının qalibləri elan edildi

17:39 - October 11, 2018
Xəbər sayı: 3484036
Səudiyyə Ərəbistanın nurlu Mədinə şəhərində Qurani-Kərimin hifzi, peşəkar qiraəti və təfsiri ixtisasları üzrə keçirilən 40-cı beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri elan edildi.

Səudiyyənin beynəxalq Quran yarışlarının qalibləri elan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın nurlu Mədinə şəhərində Qurani-Kərimin hifzi, peşəkar qiraəti və təfsiri ixtisasları üzrə keçirilən 40-cı beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri elan edildi.

Bu yarışlarda qalib elan olunan 13 nəfər İordaniya, Nigeriya, Ərəbistan, Kenya, Liviya, Filippin və Bəhreyn vətəndaşlarıdırlar.

Yarışlarda hər üç ixtisas üzrə birinci üç yerin qaliblərinə 250, 200 və 150 min riyal, Quranın kamil hifzi və təcvidi üzrə birinci üç yerin qaliblərinə 120, 100 və 40 min riyal və Quranın təkcə ardıcıl 15 cüzünün hifzi üzrə birinci üç yerin qaliblərinə 60, 50 və 45 min riyal mükafat verilib.

Müsəlmanların azlıq təşkil etdiyi Serbistan, Şri-Lanka, Bosniya və Herseqovina kimi ölkələrdən olan və Qurani-Kərimin 5 ardıcıl cüzünü hifz edən iştirakçılara isə 40, 30 və 20 min rilyal mükafat verilib.

http://iqna.ir/fa/news/3754915

captcha