IQNA

Bəhreyn şiə düşmənini seminara dəvət etdi

16:37 - November 10, 2018
Xəbər sayı: 3484147
Bəhreynin paytaxtı Mənamə şəhərinin "əl-Ədliyyə" came məscidində bu gün keçirilən dini seminara anti-şiəliyi ilə məşhur olan Küveytli radikal və təkfirçi vəhabi şeyxi Osman Xəmisi də dəvət edilib.

Bəhreyn şiə düşmənini seminara dəvət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin paytaxtı Mənamə şəhərinin "əl-Ədliyyə" came məscidində bu gün (həftənin şənbə günü, 10 Noyabr) keçirilən dini seminara anti-şiəliyi ilə məşhur olan Küveytli radikal və təkfirçi vəhabi şeyxi Osman Xəmisi də dəvət edilib.

"Miratul-Bəhreyn" xəbər agentliyinin verdiyi xəbərə görə, bu təkfirçi, radikal və şiə düşməni olan vəhabi şeyxini seminara Bəhreynin "Əhli-Sünnə Vəqflər İdarəsi" dəvət edib.  

Halbuki Bəhreyn dövləti şiə xətibləri və alimlərinin Bəhreynə girişini milli vəhdəti qorumaq bəhanəsi ilə qadağan və həmçinin indiyədək bir çox şiə alimini guya digər məzhəblərin əqidələrinə irad etdikləri üçün həbs etmişdir.

http://iqna.ir/fa/news/3762355

Teqlər: iqna ، osman xəmis ، bəhreyn
captcha