IQNA

Küveytdə əlillərə Qurani dəstək kampaniyası

10:56 - November 22, 2018
Xəbər sayı: 3484219
Küveytin "Qurani Kürsülər Cəmiyyəti"nin idarə heyətinin rəisi Əhməd Batini bu barədə xəbər verərək deyib ki, bu kampaniya Noyabr ayının 30-da başlayacaq.  

Küveytdə əlillərə Qurani dəstək kampaniyasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytdə əlillərə dəstək üçün "Quran sayəsində əlillərin gücləndirilməsi" kampaniyası başladılıb.

Küveytin "Qurani Kürsülər Cəmiyyəti"nin idarə heyətinin rəisi Əhməd Batini bu barədə xəbər verərək deyib ki, bu kampaniya Noyabr ayının 30-da başlayacaq.  

Əhməd Batini əlavə etdi: "Qurani Kürsülər Cəmiyyəti"nin keçən il "onların azrusunu həyata keçirməliyik" adı altında keçirdiyi kampaniyanın uğur qazanması səbəb oldu ki, bu il də əlillərə dəstək kampaniyası başladaq.

"Qurani Kürsülər Cəmiyyəti"nin idarə heyətinin rəisi əlillərə dəstək kampaniyasının "Məvahibul-Qulub" layihəsi çərçivəsində həyata keçirldiyinə işarə edərək dedi: "Qurani Kürsülər Cəmiyyəti" bu xidmətlərini Allah- Taalanın inayəti və Küveytli xeyriyyəçilərin maddi yardımları sayəsində həyata keçirə bilib.  

Əhməd Batini dedi: "Qurani Kürsülər Cəmiyyəti" Quran  və Quran elmlərinin yayılması üçün davamlı fəaliyyət edir və əlillərə xidməti də öz mühüm vəzifələrindən biri sayır.

O sonda dedi: "Qurani Kürsülər Cəmiyyəti"nə və əlillərə dəstək kampaniyasına maddi yardım göstərmək istəyənlər bu cəmiyyətin saytına (www.almanabr.org) müraciət edə bilərlər.   

http://iqna.ir/fa/news/3766220

Teqlər: iqna ، quran ، əlil ، kampaniya
captcha