IQNA

Kərbəla "Darul-Quranı"nın Dəməşq şöbəsi açıldı – Foto

8:42 - March 05, 2019
Xəbər sayı: 3484796
Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) hərəminin "Darul-Quran" idarəsinin yeni bir şöbəsi də Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Həzrət Zeynəb (ə) hərəminin nəzdində fəaliyyətə başladı.

Kərbəla İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən Həzrət İmam Hüseyn (ə) hərəminin "Darul-Quran" idarəsinin yeni bir şöbəsi də Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Həzrət Zeynəb (ə) hərəminin nəzdində fəaliyyətə başladı.

Bu Quran şöbəsi İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Darul-Quran idarəsi və Həzrət Zeynəbin (ə) müqəddəs hərəminin idarə heyətinin həmkarlığı ilə Dəməşqdə keçirilən "Suriya Quran müəllimlərinin milli təkmilləşdirmə kursları"nın yekun mərasimində açıldı.

Həzrət İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin müdiri Şeyx Həsən Mənsuri bu barədə deyib: Həzrət Zeynəb (ə) hərəminin yaxınlığında yerləşən Darul-Quran şöbəsinin açılış mərasimi "Fatiməye-Zəhra (s) Quran Təlimi Kursları"nın yekun mərasimində keçirildi.

O əlavə edib: "Quran müəllimlərinin təkmilləşdirmə kursları" Dəməşqin "Seyyidə Zeynəb" rayonunda İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin Suriya şöbəsinin ilk işi oldu. Bu kurslarda Quran tilavətinin nəzəri və təcrübi hökmləri, habelə Quranı hifz etməyin yeni metodlarının təlimi Quran müəllimlərinə öyrədildi.

Qeyd edək ki, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Darul-Quran idarəsinin indiyədək bir neçə ölkədə, o cümlədən İndoneziya, Livan, İran və bəzi Afrika ölkələrində fialialları təsis edilmişdir.  

http://iqna.ir/fa/news/3795235  

captcha