IQNA

BƏƏ-də ən gözəl "tərtil" yarışları

8:13 - March 06, 2019
Xəbər sayı: 3484799
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Raşid bin Məhəmməd Ali Məktum adına keçirilən 13-cü Ən Gözəl Milli Quran Tərtili yarışlarında iştirak etmək üçün qeydiyyat Mart ayının 14-dək davam edəcək.

BƏƏ-də ən gözəl İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 13-cü Ən Gözəl Milli Quran Tərtili yarışlarının ilkin mərhələsi Mart ayının 24-d başlayacaq.

"BƏƏ-nin 13-cü Ən Gözəl Milli Quran Tərtili Yarışları" bu ölkənin Dubay Mükafatı Beynəlxalq Quran Yarışları Müəssisəsinin təşəbbüsü ilə ilə keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Raşid bin Məhəmməd Ali Məktum adına keçirilən 13-cü Ən Gözəl Milli Quran Tərtili yarışlarında iştirak etmək üçün qeydiyyat Mart ayının 14-dək davam edəcək.

Yarışlarda beş yaş kateqoriyası iştira edəcək: uşaqlar, yeni yetmələr (13 yaşdan aşağı), cavanlar (13 yaşdan 25 yaşadək), 25 yaşdan yuxarı cavanlar, məscidlərin imam camaatları.

Qeyd edək ki, bu yarışlar çərçivəsində xarici vətəndaşlar və yerlilər üçün Azan və İqamə yarışları da təşkil ediləcəkdir.

Yarışlarda iştirak edənlərin Quran hərflərini düzgün tələffüz etməyi və təcivd hökmlərini bilməsi şərtdir. Habelə yarışda iştirak edənlərin bundan öncə televiziya və ya radio üçün Quran tərtili audio yazısı olmamalıdır.   

BƏƏ-nin 13-cü Ən Gözəl Milli Quran Tərtili Yarışlarında iştirak etmək istəyənlər göstərilən sayta (www.quran.gov.ae) müraciət edərək qeydiyyat blankını doldurmalıdırlar.  

http://iqna.ir/fa/news/3795333

Teqlər: iqna ، tərtil ، quran ، bƏƏ
captcha