IQNA

Məscidul-Həramda Brayl əlifbası ilə Quran paylanılıb

23:31 - March 25, 2019
Xəbər sayı: 3484887
Məkkə və Mədinə müqəddəs hərəmlərinin idarə işləri rəisliyi zəvvarala daha yaxşı xidmət istiqamətində brayl əlifbası ilə yazılmış qırx yeni Quran nüsxəsi alaraq Məscidul-Həramda paylamışdır.  

Məscidul-Həramda Brayl əlifbası ilə Quran paylanılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məscidul-Həramin kitablar və müshəflər idarəsinin Mədinə və Məkkə hərəmlərindəki nümayəndəliyi görmə qüsuru olan zəvvarların ziyarətlərinin daha səmərəli olması üçün 40 nüsxə brayl əlifbası ilə yazılmış Quran nüsxəsi paylayıb.

Məscidul-Həramin kitablar və müshəflər idarəsinin rəisi Şeyx Xalid ibn Məhəmməd əl-Harisi bu barədə deyib: Bu idarə Qurani-Kərimin təfsir və tərcümə kitablarının hazırlanması və zəvvarların ixtiyarında qoyulması məsələsinə xüsusi diqqət ayırır. Buna görə də Qurani-Kərimin müxtəlif çap ölçülərində olan müxtəlif tərcümə və təfsirlərini hazırlayaraq zəvvarların istifadəsi üçün Məscidul-Həramın kitab qəfəsələrində yerləşdirir.

Şeyx Xalid ibn Məhəmməd əl-Harisi əlavə edib: Məkkə və Mədinə müqəddəs hərəmlərinin idarə işləri rəisliyi zəvvarala daha yaxşı xidmət istiqamətində brayl əlifbası ilə yazılmış qırx yeni Quran nüsxəsi alaraq Məscidul-Həramda paylamışdır.  

http://iqna.ir/fa/news/3799629

captcha