IQNA

Suriyanın Dəra əyalətində humanitar yardımlar paylanıb

23:54 - March 25, 2019
Xəbər sayı: 3484889
Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın ƏRƏB QIRMIZI AYPARA CƏMİYYƏTİ bu ölkənin Dəra əyalətinin müxtəlif rayonlarında məskunlaşan əhaliyə humanitar yardımlar edib.

Suriyanın Dəra əyalətində humanitar yardımlar paylanıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın ƏRƏB QIRMIZI AYPARA CƏMİYYƏTİ bu ölkənin Dəra əyalətinin müxtəlif rayonlarında məskunlaşan əhaliyə humanitar yardımlar edib.

Suriyanın Qırmızı Aypara Cəmiyyəti bəyaniyyə yayaraq elan edib: Bu təşkilat ölkənin Dəra əyalətinin müxtəlif rayonlarında yaşayan ehtiyaclı ailələrə paylamaq üçün 35 maşın humanitar yardım göndərib.

Humanitar yardım maşınların yükü 6500 nəfərlik sağlamlıq və sanitariya ləvazimatı, əlillər üçün 250 nəfərlik tibbi ləvazimat, uşaqlar üçün 1000 nəfərlik zəruri avadanlıq və 12993 nəfərlik geyim dəsti olub.

Bu humanitar yardımlar Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, Qırmızı Aypara Cəmiyyəti, UNİSEF və Danimarka Qaçqınlar Şurası tərəfindən toplanaraq Suriya əhalisi üçün göndərilib.   

http://iqna.ir/fa/news/3799677

captcha