IQNA

Rusiya Tartusa tibbi təchizat göndərdi

23:51 - March 26, 2019
Xəbər sayı: 3484895
Suriya və Rusiya Sülh Mərkəzinin sözçüsü bu barədə bu gün məlumat verərək deyib: Rusiya müasir tibbi texnologiya ilə hazırlanmış tibbi avadanlıqları Suriyanın Tartus səhra xəstəxanasına verib.

Rusiya Tartusa tibbi təchizat göndərdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Tartusun səhra xəstəxanaları üçün ən son tibbi texnologiyalarla təchiz edilmiş tibbi təchizat və dərman peraparatları göndərib.

Suriya və Rusiya Sülh Mərkəzinin sözçüsü Sergey Deniz İvanov bu barədə bu gün (26 Mart 2019) məlumat verərək deyib: Rusiya müasir tibbi texnologiya ilə hazırlanmış tibbi avadanlıqları Suriyanın Tartus səhra xəstəxanasına verib.

O əlavə edib: Bu tibbi yardıma əməliyyat otağı üçün lazım olan tibbi avadanlıq, dərman peraparatları, uşaqların müalicəsi üçün lazım olan təchizat daxildir.

İvanov vurğulayıb: Bu tibbi təchizatlar bu gün artıq Suriyanın Səhiyyə Nazirliyinə təhvil verilib və ən tez zamanda Tartus Uşaq Səhra Xəstəxanasına çatdırılacaq.

Qeyd edək ki, Suriyada hazırda zəruri olan müasir texnologiyalarla hazırlanmış tibbi təchizat yoxdur. Həmçinin Suriya bunları xaricdən almaq gücündə də deyil. Buna görə də Suriyanın xəstəxanalarında xəstələrin müalicə və müayinə vəziyyəti çətin və acınacaqlıdır.   

http://iqna.ir/fa/news/3799802

Teqlər: suriya ، rusiya ، tartus ، tibbi təchizat
captcha