İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hazırda Avropanın VII Quran və Azan Yarışları Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Darul-Quranın (Quran Evi) təşəbbüsü ilə keçirilir.
Avropanın VII Quran və Azan Yarışları dünən, həftənin Cümə günü, 12 Aprel 2019-cu il, Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində başlayıb. Bu yarışlar cari həftənin Bazar günü, 14 Aprel 2019-cu il öz işini yekunlaşdıracaq.
Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Darul-Quranın (Quran Evi) təşəbbüsü ilə keçirilən Avropanın VII Quran və Azan Yarışlarının açılış mərasiminin fotolarını təqdim edirik: