İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərinin İslam Mərkəzində Həzrət İmam Mehdi Sahib-Zamanın (ə) mübarək mövludu münasibəti ilə Şəban ayının 15-də (21 Aprel 2019) "salavata ehsan" dayanacaqları qurulacaq.
Bu gün isə (20 Aprel 2019) Berlin şəhərinin İslam Mərkəzində Həzrət İmam Mehdi Sahib-Zamanın (ə) mübarək mövludu münasibəti ilə bayram mərasimi keçirilib. Mərasimdə müxtəlif proqramlar icra edilib.
Berlin şəhərinin İslam Mərkəzinin Həzrət İmam Mehdi Sahib-Zamanın (ə) mübarək mövludu münasibəti ilə təşkil etdiyi bayram tədbiri yerli vaxtla saat 18:00-da Ali-Yasin ziyarətinin qiraəti ilə başlayacaq. Mərasimdə Quran qiraəti, xətib çıxışı, mədhiyyə, uşaqlar tərəfindən şer və dini nəğmə proqramı icra ediləcək.