IQNA

Avstriya məktəblərində hicab qadağasına etiraz

15:51 - April 28, 2019
Xəbər sayı: 3485045
“Görəsən, örpək qadağası demokratiya üçün təhlükədirmi?” adlı seminarda vurğulanıb ki, Avstriya məktəbləri və uşaq bağçalarındakı hicab qadağası qanununun demokratiyanın əsasları ilə uyğunluğu yoxdur.

“Görəsən, örpək qadağası demokratiya üçün təhlükədirmi?” adlı seminarda vurğulanıb ki, Avstriya məktəbləri və uşaq bağçalarında hicab qadağası qanununun demokratiyanın əsasları ilə uyğunluğu yoxdur və Avstriyada müsəlman vətəndaşların hüquqalarının pozulmasına səbəb olur.

Kişi: Yevangelist bir keşiş kimi məktəblər və uşaq bağçalarında örpəyin qadağan edilməsini düzgün hesab etmirəm. Avstriyanın hazırkı hökuməti dinin rolunu azaltmağa çalışır. Hər bir valideyn öz dini adət-ənənələrini övladlarına ötürmək azadlığına malik olmalıdır.

Qadın: Düz deyildir ki, biz başqalarına başına örpək örtməmək göstərişni verək. Başlarında örpək olmayan qadınlar və hicablı qadınlar bir-birilərilə həmrəy olmalıdırlar.

Avstriyanın sağçı hökuməti bu ölkədəki uşaq bağçalarında örpək örtməyi pisləyib və Astriya kansleri belə deyir: Bizim məqsədimiz, Avstriyada hər cür paralel cəmiyyətin formalaşması ilə mübarizədir və uşaq bağçalarında və ibtidai məktəblərdə qızların örpək örtmələri bu məsələnin bir hissəsidir.

Qadın: Avropada mətbuat, örpəyi siyasi simvol kimi təqdim edir. Və adi camaat elə zənn edir ki, örpək qadınlara təzyiqin tətbiq edilməsi nişanəsidir. Avropada İslam barədə düzgün məlumata malik olmadıqlarına görə, küçələrdə hicablı qadınlara hücumların şahidiyik.

Təkcə ötən ildə müsəlmanlara qarşı təhqir, fiziki həmlələr və işdə ayrı-seçkilik kimi 540-a yaxın irqçi hücum qeydə alınıbdır.

Demaqogik, islamofob və ksenofob şüarlar ilə ötən illərdə öz ölkələrində daha çox səs toplaya bilmiş Avropanın sağçı və ekstremist partiyaları hazırda daha artıq məhdudiyyətlər və qadağalar tətbiq etməklə dini azlıqları təcrid etməyə çalışırlar.

Teqlər: avstriya ، seminer ، avropa ، iqna ، quran
captcha