IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İran İslam Respublikası prezidentinin informasiya portalının verdiyi məl umata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciətində bildirib: İki qonşu ölkə qədim tarixi, mədəni və dini ortaqlıqlara sövkənərək dinc qonşuluq münasibətləri ilə yanaşı əla əlaqələr nümayiş etdiriblər.
İran İslam Respublikası prezidenti bildirib: Tehran və Bakı müxtəlif sahələrdə əməkdaşlıqları genişləndirmək və dərinləşdirmək yolu ilə iki xalqın gün-gündən artan rifahı və müvəffəqiyyətlərini təmin etməkdə eləcə də regionda sülh və sabitliyin möhkəmlənməsinə öz töhfələrini verməkdə qərarlıdırlar.