IQNA

Kanada müsəlmanlarına dəstək üçün yeniliçki təşəbbüs: "SALAM"

10:16 - June 29, 2019
Xəbər sayı: 3485407
Kanada polislərindən biri digər təhlükəsizlik mütəxəssislərinin həmkarlığı ilə müsəlmanları terror hücumlarından və islamofoblardan qorumaq və himayə etmək üçün "SALAM" adlı yeni layihə irəli sürüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın müsəlman polis nəfərlərindən biri bu ölkənin digər təhlükəsizlik mütəxəssislərinin həmkarlığı ilə müsəlmanları terror hücumlarından və islamofoblardan qorumaq və himayə etmək üçün "SALAM" adlı yeni layihə irəli sürüb.

Kanadanın "Guelph" universitetinin "Cinayət Cəzası" (Criminal justice) ixtisası üzrə bitirən və hazırda "Milli Təhlükəsizlik və İnsan Haqları" ixtisası üzrə təhsil alan Vəsim Cavid adlı bu polis işçisi 2010-cu ildən Torento şəhərinin polis idarəsində xidmət edir. Heç bir iqtisadi marağı olmayan "SALAM" layihəsini müsəlmanlara dəstək üçün başladıb.

Bu layihədə insanlara ehtimal edilən hər bir hücumla qarşılaşmaq və uyğun reaksiyanı göstərmək barədə ki, dövlət təşkilatlarını, məscidləri, dini mədrəsə və mərkəzləri həfədə ala bilər, məlumat və agahlıq veriləcək.

Vasim Cavid deyib: Bu layihə təkcə müsəlmanlara aid deyil, həm də bütün dinlərin ardıcıllarına təmənnasız xidmət göstərəcəkdir.

"SALAM" layihəsinin üzvlərindən biri Yunis İmam bu barədə danışaraq bildirib ki, indiyədək layihənin icrası yönündə məscid və məktəblərdə 70 çıxış edilib və əhali tərəfindən maraqla qarşılanıb.      

http://iqna.ir/fa/news/3822950

Teqlər: SALAM ، kanada ، torento ، islamofobiya
captcha