IQNA

Tac-Mahal xarab olma təhlükəsi ilə üzləşib

8:41 - July 30, 2019
Xəbər sayı: 3485606
UNESCO-nun Ümumdünya İrsinə daxil olan Hindistanda yerləşən Tac-Mahal həşəratların hücum təhlükəsi ilə üzləşib. Hindistanın Arxeoloji İdarəsinin mütəxəssisi Vasant Svarankar məsələ ilə bağlı danışıb.

 İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “The Times of India”-ya istinadən verdiyi xəbərə əsasən, UNESCO-nun Ümumdünya İrsinə daxil olan Hindistanda yerləşən Tac-Mahal həşəratların hücum təhlükəsi ilə üzləşib.

Hindistanın Arxeoloji İdarəsinin mütəxəssisi Vasant Svarankar məsələ ilə bağlı danışıb.

Onun sözlərinə görə, həşəratlar mavzoleyin ağ divarlarına oturaraq iri fərqli-fərqli rəngli ləkələrin yaranmasına səbəb olur. Nəticədə artıq tarixi abidənin bəzi yerlərindəki divar naxışlar xarab olub. Onların bərpası üçün isə müəyyən vaxt lazım olacaq.

Xatırladaq ki, Tac-Mahal Yamun çayının sahilində yerləşir və alimlər hələ 2016-cı ildə bəyan etmişdilər ki, adıçəkilən çayın təmizlik işlərinə ehtiyacı var. Bu istiqamətdə isə, hələ ki, heç bir tədbir görülməyib, məhz bu səbəbdən də həşəratlar bataqlığa çevrilmiş çayda sürətlə çoxala bilir.

Teqlər: iqna ، tac-mahal ، india ، hindistan
captcha