IQNA

Rus kilsəsi dini dərslərin ixtisara salınmasına etiraz etdi

10:12 - September 24, 2019
Xəbər sayı: 3485867
Rusiyanın Ortodoks kilsəsi orta məktəblərin dərs proqramlarında dini dərslərin ixtisara salınması və ləğv edilməsinə etirazını bildirərək dövlət rəsmilərindən bu layihənin qarşısının alınmasını tələb etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Ortodoks kilsəsi orta məktəblərin dərs proqramlarında dini dərslərin ixtisara salınması və ləğv edilməsinə etirazını bildirərək dövlət rəsmilərindən bu layihənin qarşısının alınmasını tələb etdi.

Rusiyanın Ortodoks kilsəsinin Ali Dini Təlimlər Şurası bu barədə bəyaniyyə yayaraq elan edib: Federal dövlətin Təhsil Nazirliyinin təhsil standartlarının yeni layihəsində "Sekulyar adətlərin və dini mədəniyyətlərin əsasları" təlim proqramının qısaldılaraq təkcə "Sekulyar adətlərin və mədəniyyətlərin əsasları" adlandırılması və dünya dinlərinin, o cümlədən xristianlıq, İslam, buddizm və yəhudiliyin əsasları ilə tanışlıq proqramının dərsliklərdən çıxarılması barədə qanun layihəsi ilə tanışıq olduq.

Bəyaniyyədə deyilir: Biz (Ortodoks kilsə) bu işi uşaqların tərbiyəsində mədəni ehtiyacların və ailə dünyagörüşünün təsirini məhv etmək kimi dəyərləndirir və dövləti bu problemin həllində dialoqa dəvət edirik.          

http://iqna.ir/fa/news/3844196

captcha