IQNA

Beynəlxalq Farabi Festivalında yaponiyalı araşdırmaçı mükafatlandırıldı

7:28 - October 15, 2020
Xəbər sayı: 3488369
Tehran (IQNA)  - Tokioda keçirilən XI Beynəlxalq Farabi Festivalında yaponiyalı araşdırmaçı və İranşünas alim Nu Bu Aki Kandu mükafata layiq görülüb.

Festivalda iki ölkənin araşdırmaçıları, tələbələri, universitet müəllimləri, elmi simaları, siyasi şəxsiyyətləri, o cümlədən İranın səfiri Mürtəza Rəhmanimüvəhhid və digərləri iştirak ediblər.

İranın beynəlxalq və siyasi araşdırmalar mərkəzinin rəisi və xarici işlər nazirinin müavini Səccadpur və İranın xarixi işlər nazirliyinin ictiami və mədəni araşdırmalar müəssisəsinin direktoru Mirzayi mərasimə virtual qoşulublar.

Qeyd edək ki, yaponiyalı araşdırmaçı və İranşünas alim Nu Bu Aki Kandu iki ölkə arasında bir çox elmi və mədəni əlaqələrin yaranmasında vasitə olmuş, Səfəvilər və Qacarlar dövrünə aid tarixi araşdırmalar aparmış, İran və İslam tarixinə aid bir çox əlyazma nüsxələrin üzərində tədqiqat aparmış və onlarla elmi məqalə və kitabın müəllifidir. /3929241

ایرانشناس و پژوهشگر برجسته ژاپنی تجلیل شد

captcha