İQNA, xəbər verir ki, bu müsabiqə çərşənbə günü, iyunun 25-də İraqın Həşduş-Şəbi nümayəndə heyətinin Bağdaddakı qərargahında Quran hifzi üzrə keçirilib.
Astan Hüseyninin Darul-Quranının Quran Media Mərkəzinin rəhbəri Səfa Əl-Silavi bununla bağlı deyib: "İraqın "Həşduş-Şəbi" təşkilatının Quran bölməsinin dəvəti ilə Astanın Darul-Quranından bir nümayəndə heyəti müsabiqəyə qatılıb".
O, əlavə edib ki, həmçinin İmam Hüseynin (ə) Astanının Darul-Quranının rəhbəri Şeyx Xeyrəddin Əli Əl-Hadi "vəqf və ibtida" sahəsində hakim olub. İraq Xalq Səfərbərliyinin üzvü olan Astanının Darul-Quranının tələbələrindən bəziləri bu yarışlarda qalib olublar.