"İQNA", Türkiyə Xəbər Agentliyinə istinadən xəbər verir ki, Türkiyədə bir il ərzində oğlan və qızlardan ibarət Quran hafizlərinin sayı 8695-ə çatıb. Bu müddət ərzində onlar Quranı bütövlükdə əzbərləməyi bacarıb və Türkiyə Diyanət İşləri İdarəsindən Quranı əzbərləmə icazəsi (sertifikat) alıblar.
Həmçinin, 2021-2022-ci tədris ilində Türkiyə üzrə 1704 Quran kursunda 73.000 oğlan və qız tələbə Quran əzbərləmə təlimindən faydalanıb.
Bu statistik məlumatlara görə, əzbərləmək üçün icazə almış Quran hafizlərinin sayı 200 minə yaxındır.
4067296