IQNA

Quran baxımından möminlərə yaraşan ictimai davranış

19:49 - July 17, 2022
Xəbər sayı: 3492568
Quranda möminlərin çöhrəsi və möminlərin yüksək məqamlara çatmasında imanın rolu Qurani-Kərimdə ən çox istifadə olunan mövzulardandır.

Furqan surəsinin 63-cü ayəsində buyurulur: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər".

Birincisi təvazökarlıq, ikincisi isə cahillərin çirkin və yersiz rəftarına qarşı sağlam münasibətdir.

Əvvəlki ayədə imrealistlərin rəftarını, kafirlərin xudbinliyini və onların Allahı təhqir etmələrini izah etdikdən sonra bu ayədə möminlərin düzgün rəftarından bəhs edilir. Bunlar pis rəftar qarşısında xoş rəftar göstərən, hər cür qürur və lovğalıqdan uzaq olurlar. Çünki onlar özlərini Rəhman olan Allahın bəndəsi hesab edirlər və davranışları da bu məqama uyğundur.

Deməli, möminlər o kəslərdir ki, "yer üzündə təmkinlə (təvazökarlıqla) gəzirlər". Təfsirlərdə "həvn" kəlməsi təvazökarlıq və Allah qarşısında acizliyi ifadə etmək mənasında ifadə olunur. Bəziləri də deyir ki, möminlərin yer üzündə gəzməsi, onların insanların arasında yaşamasına və başqa insanlar kimi yaşamasına işarə edir. Həmçinin başqalarına qarşı qürur və xudbinliklərinin olmamasını göstərir.

Beləliklə, möminlər həm Allaha və həm də insanlara qarşı təvazökardırlar. Çünki onlar həqiqətən və qəlbən belə davranırlar. Onlar üsyankar və Allaha asi deyillər. Özlərini başqalarından da üstün saymırlar.

Bu ayədə bəhs edilən ikinci sifət cahillərə qarşı xoş rəftardır. Möminlər cahillərin çirkin davranışları və ya sözləri ilə qarşılaşdıqları zaman sağlam və xoş cavab verirlər. Onlar heç vaxt nadan sözlərə tərəf getmirlər, ağıldan uzaq hərəkət etmirlər. "Furqan" surəsinin 63-cü ayəsində möminlərin cahillərə cavabının "Salam" olaraq qeyd edilməsi, onların cavabının sağlam bir söz, cəfəngiyyatdan və günahdan uzaq olmasını göstərir.

Ümumiyyətlə, demək olar ki, möminlərin rəftar və danışığı hər cür qürur, təkəbbür, nadanlıq və düşüncəsizlikdən uzaqdır.

captcha