IQNA

İordaniyada Quran elmlərinin tədrisi üzrə ilk nümunəvi mərkəz yaradılıb

11:05 - November 12, 2022
Xəbər sayı: 3493246
İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs İşlər Nazirliyinin səyləri ilə İordaniyanın Tafilə əyalətində Quranın hifzi, Quran və dini elmlərin tədrisi üçün ilk nümunəvi mərkəz yaradılıb.

"İQNA", "Əd-Dustur" xəbər saytına istinadən xəbər verir ki, bu mərkəzin missiyası İordaniyanın cənub bölgəsində maraqlananlara Quran əzbərini öyrətmək, din və Quran elmlərini öyrətməkdir.

İordaniyanın “Tafilə” əyalətinin Vəqf idarəsinin direktoru Məhəmməd Əl-Məcali deyib: "Tafilə məscidində müvəqqəti olaraq nümunəvi Quran tədris mərkəzi yaradılıb. Bu mərkəz üçün uyğun yer və bina ayrılması nəzərdə tutulur.

O əlavə etdi: "Bu mərkəzdə gənclərə Quran və dini elmlərin öyrədilməsi üçün yeni tədris vasitələrindən istifadə olunacaq. Gələn həftə ilk təlim kursu başlayacaq".

Əl-Məcali əlavə edib: "Bu təlim kursunda İordaniyanın Vəqflər Nazirliyi tərəfindən Quran, İslam kəlamı, Peyğəmbərin (s) hədisləri, ərəb dili və Quranın əzbərlənməsi və təfsiri üzrə kurslar tədris olunacaq".

O deyib ki, bu təlim kursunun müddəti altı ay sürəcək. Sonda məzunlara İordaniya Vəqflər Nazirliyi tərəfindən etibarlı sertifikat veriləcək.

4098488

captcha