IQNA

Malayziyada lisenziyasız Quranlar müsadirə edilib

12:03 - November 16, 2022
Xəbər sayı: 3493271
Malayziyanın Daxili İşlər Nazirliyi ölkənin əyalətlərindən birində icazəsiz 6000-dən çox Quran nüsxəsinin müsadirə edildiyini açıqlayıb.

"İQNA", "The Sun Daily"-ə istinadən xəbər verir ki, Malayziyanın Daxili İşlər Nazirliyinin Nəzarət Departamenti Çap Nəzarəti Şurasının razılığı və Quran nəşri lisenziyası verilmədən yayılması nəzərdə tutulan 6914 Quran nüsxəsini aşkar edərək müsadirə edib.

Bu Quranlar Kedah əyalətində aşkar edilib və onların dəyəri 536 370 ringgit (təxminən 124 000 dollar) dəyərində qiymətləndirilir.

Malayziyanın Daxili İşlər Nazirliyinin Nəzarət Departamentinin katibi Nik Yusimi Yusif bildirib ki, müsadirə Malayziyanın Penanq əyalətindəki mağaza və anbarda aparılıb. 1986-cı ildə təsdiq edilmiş “Quran mətnlərinin çapı haqqında” qanunun 8-ci bölməsində göstərilən pozuntulara görə ümumilikdə 2874 nüsxə və həmin qanunun 14-cü maddəsinin 1-ci bölməsinə uyğun olaraq 4024 nüsxə Quran müsadirə edilib.

4099826

 

captcha