"İQNA", "Yəmən xəbər agentliyi"-nə istinadən xəbər verir ki, Türkiyədə baş verən ölümlə nəticələnən zəlzələdən sonra Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaş deyib: "Zəlzələdən evləri zərər görən insanlar məscidlərdə qala bilərlər".
Eyni zamanda, Türk Hava Yolları zəlzələdən zərər çəkmiş bölgələrə səyahət etmək istəyənlər üçün təcili uçuşlar hazırlayıb.
Qeyd edək ki, bu bazar ertəsi səhər Türkiyənin cənubunda və Suriyanın şimalında güclü zəlzələ baş verib.
4120135