IQNA

"Antalyaspor"un israilli futbolçusu Jehezkel saxlanılıb

7:17 - January 16, 2024
Xəbər sayı: 3495305
İQNA - Sionist futbolçu Saqiv Jehezkel Antalyaspor-Trabzonspor oyununda vurulan qoldan sonra sionist rejimin Qəzzada törətdiyi qətliamı dəstəkləyən çirkin hərəkətinə görə saxlanılıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, sionist futbolçu Saqiv Cehezkel “Antalyaspor” – “Trabzonspor” oyununda vurulan qoldan sonra sionist rejimin Qəzzada törətdiyi qətliamlara dəstək verən çirkin hərəkətinə görə saxlanılıb.

Türkiyənin naziri Yılmaz Tunç sionist futbolçu Saqiv Cehezkel barəsində Antalya Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə təhrik etmək" ittihamı ilə məhkəmə istintaqının başlandığını açıqlayıb.

Həmçinin AK Partiya Ümumi Başçı Köməkçisi və Partiya sözçüsü Ömər Çelik futbolçuya reaksiya göstərib.

Çelik X platformasındakı paylaşımında “Nifrətin köləsi...” ifadəsini yerləşdirib.

Sionist Cehezkel qol vurduqdan sonra kameralara əlindəki sarğıda “7 oktyabrın 100-cü günü” və “sionist ulduzu” sözlərini göstərərək, Qəzzada işğal rejiminin qətliamını dəstəklədiyini göstərib.

Sionist Jehezkelin bu hərəkəti sosial şəbəkələrdə böyük əks-səda doğurub və onun ən ağır cəzaya məhkum edilməsinə çağırışlar edilib.

captcha