IQNA

Qəzzada şəhidlərin sayı 28 min nəfəri keçib

11:02 - February 11, 2024
Xəbər sayı: 3495447
İQNA – Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağında verdiyi açıqlamaya əsasən, sionist rejimin bu bölgəyə davamlı hücumları nəticəsində fələstinli şəhidlərin sayı 28 mindən çox olub.

"İQNA", "Shahab News"-a istinadən xəbər verir ki, Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi ötən il oktyabrın 7-dən bu hücumların başlanmasından bu yana sionist rejimin bu zolağa hücumları nəticəsində şəhid və yaralananların son statistikasını açıqlayıb.

Bu hesabata əsasən, ötən il oktyabrın 7-dən etibarən sionist rejimin Qəzzə zolağına hücumlarında şəhid olanların sayı 28 min 64 nəfərə, yaralananların sayı isə 67 min 611 nəfərə çatıb.

Həmçinin bu Fələstin tibb müəssisəsinin elanına əsasən, sionist işğalçı qüvvələri son 24 saat ərzində Qəzza zolağında fələstinli ailələrə qarşı 16 cinayət və qətl törədib, nəticədə 117 nəfər şəhid olub, 152 nəfər yaralanıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi bəyan edib ki, İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində dağıntılar altında və küçələrdə ölənlərin çoxlu cəsədləri hələ də qalmaqdadır.

İşğalçılar isə fövqəladə qüvvələrin və fəaliyyətsiz Qəzza Müdafiə Təşkilatının qüvvələrinin bu orqanlara çatmasına mane olurlar.

4199109

captcha