IQNA

Həniyyədən vacib "atəşkəs" bəyanatı

7:40 - February 18, 2024
Xəbər sayı: 3495483
İQNA – İslami Müqavimət Hərəkatının Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyyə sionist İsraillə davam edən atəşkəs danışıqları ilə bağlı açıqlamalar verib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə verdiyi açıqlamada Qəzzədə atəşkəs razılaşmasının əldə edilməsində irəliləyişin olmamasına görə İsraili məsul hesab edib.

İsrail Qəzzədən çəkilmədikcə atəşkəs olmayacağını bildirən Həniyyə, “Təcavüzün tamamilə dayandırılması, İsrail ordusunun Qəzza zolağından çıxarılması, xalqımıza qarşı ədalətsiz mühasirənin götürülməsi, işğal cinayətləri ucbatından didərgin düşənlərə sığınacaq verilməsi, köçkünlərin, xüsusən də Qəzza zolağının şimalına qayıtması, vəhşi aclıq siyasətinə son qoyulması və yenidənqurma öhdəliyindən başqa heç nə qəbul etməyəcəyik” dedi.

Həniyyə əlavə edib ki, fələstinli məhbusların, xüsusən də yaşlıların və ağır həbs cəzasına məhkum edilənlərin azadlığa buraxılacağı məhbus mübadiləsi razılaşmasının əldə edilməsi danışıqların məqsədlərindən biridir.

HƏMAS-ın davam edən danışıqları müsbət şəkildə idarə etdiyini bildirən Həniyyə, “Ancaq biz xalqımızın böyük fədakarlıqlarını və cəsur müqavimətinin qazanmalarını gözardı etməyəcəyik” dedi.

Xatırladaq ki, HƏMAS və İsrail arasında danışıqlar bir müddətdir davam etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.

İsrail rejimi bir müddət əvvəl HƏMAS-ın tələblərini rədd edərək hücumlarını davam etdirəcəklərini açıqlayıb.

captcha