IQNA

HƏMAS: “Qəzza üçün özünü yandıran ABŞ pilotunun ölümünə görə Vaşinqton məsuliyyət daşıyır”

11:37 - February 28, 2024
Xəbər sayı: 3495537
İQNA – Həmas Qəzza zolağında törədilən “soyqırım”a qarşı çıxmaq üçün sionist rejimin Vaşinqton səfirliyi qarşısında özünü yandıran əsgərin ölümünə görə ABŞ prezidenti Co Bayden administrasiyasını məsul hesab edib.

HƏMAS-ın verdiyi yazılı açıqlamada, bildirilib ki, “Fələstin xalqına qarşı apardığı soyqırım savaşında sionist quruluşa (İsrail) dəstək verən siyasətinə görə ABŞ prezidenti Bayden administrasiyası ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Aaron Buşnellin ölümünə görə tam məsuliyyət daşıyır”.

Bəyanatda Buşnellin Qəzza zolağında Fələstin xalqına qarşı "sionist qırğınlar və etnik təmizləmə"nin işıqlandırılması üçün "həyatını fəda etdiyi" bildirilib və Buşnellin ailəsi və dostlarına başsağlığı və həmrəylik diləyib.

ABŞ Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olan 25 yaşlı Aaron Bushnell Qəzzadakı soyqırıma etiraz etmək üçün Vaşinqtondakı İsrail səfirliyi qarşısında başına benzin tökərək özünü yandırıb.

Özünü yandırmasının videosunu canlı yayımlayan amerikalı pilot xəstəxanaya aparıldıqdan sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

captcha