IQNA

Avstraliya müsəlmanları dövlətin verdiyi iftar mərasiminə qatılmaqdan imtina edirlər

11:32 - March 01, 2024
Xəbər sayı: 3495543
İQNA – Avstraliyanın Qəzza müharibəsində İsrailə verdiyi dəstəyə görə bu ölkədəki müsəlman liderlər dövlətin iftar mərasimlərində iştirak etməyəcəklərini açıqlayıblar.

"İQNA", "Guardian"-a istinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatlarında İslam təşkilatlarının üzvləri dövlətin verdiyi iftar mərasimlərinə dəvətləri rədd ediblər.

Avstraliya Milli İmamlar Şurası (Anic) və Viktoriya İslam Şurası (ICV) hökumətin İsrailə verdiyi dəstəyə görə müsəlman icmalarının məyus olmasından sonra builki dövlət iftar mərasimində iştirak etməyəcəklərini açıqlayıb.

ICV prezidenti Adil Salman fələstinlilərin əzablarına hörmət olaraq belə bir mərasim təşkil etməyi məqsədəuyğun hesab etmədiklərini, cəmiyyətin Avstraliya İşçi Partiyasının Qəzza müharibəsinə münasibətindən məyus olduğunu və hökumətdən Fələstin xalqı ilə həmrəylik üçün açıq-aşkar açıqlama gözlədiklərini bildirib.

Avstraliya Milli İmamlar Şurasının (Anic) sözçüsü Guardian-a bildirib ki, onlar hökumətin Yeni Cənubi Uelsin müsəlman və ərəb icmalarının şikayətlərinə cavab verməməsindən məyus olublar.

Son illər Ramazan ayında dövlət iftar mərasimlərinə daha çox rast gəlinir. Bu iftar süfrələrində siyasətçilər, müsəlman icmasının liderləri, bütün dinlərin yüksək səviyyəli ruhaniləri və İslam ölkələrinin səfirləri iştirak edirlər. Viktoriyada yerli hökumətin baş naziri 2015-ci ildən bəri hər il tədbirə ev sahibliyi edir.

4202347

captcha