IQNA

Sionist qəzeti: "Fələstinlilərlə münaqişəmiz siyasi deyil, dinidir"

8:59 - March 06, 2024
Xəbər sayı: 3495576
İQNA – Sionist “Jerusalem Post” qəzetində dərc olunan məqalədə sionistlərlə Fələstin xalqı arasındakı münaqişənin siyasi deyil, dini xarakter daşıdığı qeyd edilib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İsrailin ingilisdilli “Jerusalem Post” qəzeti Arnold Sleepermarşın məqaləsində qeyd edib ki, İsrail-Fələstin münaqişəsi siyasi deyil, ilk növbədə dini münaqişədir.

Müəllif qəzetin saytında dərc olunan məqaləsində yazıb ki, bu, Qəzza zolağında İsrail ilə Fələstin müqaviməti arasında davam edən müharibədə aydın görünür.

Məqalədə aşağıdakı ifadələr səsləndirilib: "Həmas hərəkatına kömək etmiş və kömək edəcək iki güclü koalisiyanın dini ölçülərinə baxmaq vacibdir. İsrailin diqqət etməli olduğu ilk koalisiya İran, Livan Hizbullahı və Yəmən Ənsarullah hərəkatının, o cümlədən HƏMAS hərəkatının daxil olduğu müqavimət oxu koalisiyasıdır. Digər İslami hərəkatlardan fərqli olaraq, HƏMAS-ın diqqəti Fələstinlə məhdudlaşır ki, bu da ona müsəlman dünyasında vahid səsə çevrilməsinə və eyni zamanda müsəlmanların yəhudilərə və İsrailə nifrətini institutlaşdırmağa imkan verir".

Müəllif ikinci koalisiyanı işğal olunmuş Fələstindən kənarda qərbli müsəlmanların və gənclərin gözlənilməz koalisiyası hesab edir.

  İmperializmə, kapitalizmə, irqi zülmə qarşı çıxanların da bu qrupda olduğunu bildirən müəllif, İsrailə qarşı düşmənçiliyin ortaq nöqtəsi olduğunu əlavə edib.

  Bu fikirlərin müsəlmanların yəhudilərə nifrətini institutlaşdırdığını iddia edən müəllif əlavə edir: "Bu nifrət Avropa və Amerikada liberal demokratiyanın süqutu və İslam dəyərlərinin yayılması yolunda bir addımdır".

4203558

captcha