IQNA

İordaniya xalqının Qəzza ilə həmrəylik nümayişləri

5:49 - March 31, 2024
Xəbər sayı: 3495714
İQNA - On minlərlə iordaniyalı Qəzza xalqına dəstək üçün 6-cı gündür nümayiş keçirib.

"İQNA"-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu nümayişlər Əmman və İordaniyanın bəzi digər şəhərlərində keçirilib.

İordaniyanın paytaxtı Əmmanda nümayişçilər sionist rejimin səfirliyini mühasirəyə alaraq Qəzzə xalqı ilə həmrəylik elan edərkən şüarlar səsləndirərək, İsrailin fələstinlilərə qarşı soyqırımı və işğalının cinayətlərinə dərhal son qoyulmasını tələb ediblər.

Nümayişçilər həmçinin müqavimət və HƏMAS-a dəstək şüarları səsləndirərək, Qüdsün işğalçı rejimi ilə münasibətlərin qurulmasının dayandırılmasını tələb ediblər.

Bu nümayişlər səhər saatlarına qədər davam etdi.

İordaniya təhlükəsizlik qüvvələri İsrail səfirliyi ətrafındakı nümayişçilərə hücum edərək dağıdıblar.

4207701

captcha