IQNA

İstambulun "Sultan Əhməd məscidi" yaxınlığında partlayış

15:14 - January 12, 2016
Xəbər sayı: 3480057
Beynəlxalq şöbə: Xəbər qaynaqları Türkiyənin İstambul şəhərində "Sultan Əhməd məscidi" yaxınlığında partlayış baş verdiyini deyiblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV-yə istinadla verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərində tarixi abidələrdən biri olan "Sultan Əhməd məscidi" yaxınlığında partlayış baş verib.

Partlayış baş verən ərazi İstambulun mərkəzi meydanı və turistlərlə dolu olan bölgələrindən biridir.

Verilən xəbərlərə görə, hazırda tibbi və təhlükəsizlik məsulları hadisə yerindədirlər.

Partlayışın hədəfi hərbi qüvvələrə məxsus bir maşın olmuşdur.

Hadisədə çoxlu sayda polis işçiləri də yaralanmışdır.

Ehtimal olunur ki, bu partlayış intiharçı terrorist ünsürü tərəfindən həyata keçirilmişdir.      

http://iqna.ir/fa/news/3466906

Teqlər: türkiyə ، İŞİd ، terror ، intihar
captcha