IQNA

Bakıda "İslamın multi-kulturalizmə baxışı" konfransı keçirildi

7:37 - December 25, 2016
Xəbər sayı: 3481183
Azərbaycanın paytaxtı Bakıda İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İslamın multi-kulturalizm məsələsinə baxışı" adlı elmi konfrans keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycanın paytaxtı Bakıda İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İslamın multi-kulturalizm məsələsinə baxışı" adlı elmi konfrans keçirildi.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi və Mədəni Əlaqələr İdarəsinin təşəbbüsü ilə təşkil edilən bu konfransın keçirilməsində Azərbaycan respublikasının "Etnik Tayfaların Araşdırılması Mərkəzi" həmkarlıq edib.

"İslamın multi-kulturalizm məsələsinə baxışı" cari ilin Dekabr ayının 22-də Bakı universitetlərinin ustad və müəllimləri, iki ölkənin mədəniyyət xadimləri və media nümayəndələrinin iştirakı ilə İİR- nın Bakıdakı Mədəniyyət İdarəsinin toplantı zalında keçirilib.

Konfransda çıxış edən Seyid İbrahimi Naid – İİR-nın Bakıdakı Mədəniyyət Əlaqələri üzərə nümayəndəsi, 2016-cı ilin Azərbaycanda "multi-kulturalizm" ili adlanması ilə bağlı bu məsələyə İslamın baxışı barədə söhbət etdi.

O çıxışında dedi: Multikulturalizm və tolerantlıq kimi terminlərin yeni olduğuna və Qərb tərəfindən ortaya atıldığına baxmayaraq bu sözlərin kökü şərqə və İslama qayıdır.

O əlavə etdi: Əziz İslam Peyğəmbəri (s) digər millətlərin mədəniyyətlərinə və dinlərinə ehtiram və sayğı ilə yanaşırdı. İslam dini həmişə öz ardıcıllarına digər dinlər və mədəniyyətlərə qarşı sayqılı olmağı tövsiyə və onlara qarşı hər cür pis hərəkəti qadağan edir.

Seyid İbrahimi Naid – İİR-nın Bakıdakı Mədəniyyət Əlaqələri üzərə nümayəndəsi, çıxışının davamında sözlərini Quran ayələri, hədislər və İmam Əlinin (ə) Malik Əştərə məktubu əsasında əsaslandırdı və insan hüquqlarından danışdı.

İİR-nın Bakıdakı Mədəniyyət Əlaqələri üzərə nümayəndəsi çıxışında insan hüquqları və digər dinlərin davamçıları ilə rəftar barədə İslam Peyğəmbərinin (s) sirə və sünnəsindən nümunələr göstərərək dedi: İslam dini sülh və dostluq dinidir. Amma imperialist qüvvələr İslam dininin dünyanı tutacağından qorxaraq islamofob mübarizələr aparırlar, təkfirçi vəhabilər kimi cərəyanları yaradaraq istəyirlər ki, İslam dininin simasını dünyada ləkələsinlər, İslam dinini zorakı və kobud bir din kimi göstərsinlər.

Bu konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix insititutunun üzvü Nigar Axundova, Şərqşünaslıq insititutunun üzvü Saleh Dostəliyev, qəzet yazarı və yazıçı Reyhan Mirzəzadə, "Etnik Tayfaların Araşdırılması Mərkəzi"nin rəisi Gülnar İnanc və digərləri də mövzu ilə bağlı çıxış etdilər.

http://www.iqna.ir/fa/news/3556169


captcha