IQNA

Məsihinin hədiyyə etdiyi torpaq sahəsində məscid tikildi

10:10 - February 21, 2017
Xəbər sayı: 3481375
Misirin "Məsihi" (xaçpərəst) dinində olan vətəndaşının müsəlman qonşularına xidmət hədəfi ilə hədiyyə etdiyi torpaq sahəsində "Səfa və Mərvə" məscidi tikilərək istifadəyə verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin "Məsihi" (xaçpərəst) dinində olan vətəndaşının müsəlman qonşularına xidmət hədəfi ilə hədiyyə etdiyi torpaq sahəsində "Səfa və Mərvə" məscidi tikilərək istifadəyə verildi.

Misirin "Qeylubiyyə" əyalətinin Qeylub şəhərinin sakini olan məsihi bir vətəndaş 5000 metrlik torpaq sahəsini öz müsəlman qonşularına xidmət hədəfi ilə məscid tikilmək üçün hədiyyə etmişdi ki, bu məscidin tikilişi artıq başa çatmış və müsəlmanların istifadəsinə verilmişdir.

Keçən həftənin Cümə günü, 2017-ci ilin Fevral ayının 17-də, məscidin açılış mərasimi keçirilmişdir. Mərasimdə Misirin "Qeylubiyyə" əyalətinin Vəqflər İdarəsinin direktoru Musa Həsən Musa, keşişlər, icra orqanlarında işləyən rəsmilər və iki mindən çox yerli sakin iştirak edib və açılış mərasimindən sonra məsciddə ilk Cümə namazı qılınıb.

Mərasimdə iştirak edənlərin dediyinə görə, açılış mərasimi məsihi və müsəlmanların dostluq ab-havasında və vəhdətə nümunə olacaq tərzdə gözəl keçirilib.

Məsihi vətəndaşın hədiyyə etdiyi torpaq sahəsində tikilən məscid "Səfa və Mərvə məscidi" adlandırılıb və yerli camaatın köməkləri ilə bir il müddətində tikintisi başa vurulub.

http://iqna.ir/fa/news/3576298

افتتاح مسجد «صفا‌ و‌ مروه» در زمین اهدایی شهروند مسیحی

افتتاح مسجد «صفا‌ و‌ مروه» در زمین اهدایی شهروند مسیحی

افتتاح مسجد «صفا‌ و‌ مروه» در زمین اهدایی شهروند مسیحی

افتتاح مسجد «صفا‌ و‌ مروه» در زمین اهدایی شهروند مسیحی
Teqlər: iqna ، misr ، məscid ، məsihi
captcha