IQNA

Müsəlman qadınlar Londonda terror əleyhinə insan zənciri yaratdılar

0:05 - March 28, 2017
Xəbər sayı: 3481478
Bir qrup müsəlman qadın Londanda baş verən sonuncu terror aktı ilə bağlı aksiya keçiriblər. Aksiyaçı qadınlar "Westminster" köpüsü üzərində əl-ələ tutaraq terror əleyhinə insan zənciri yaradıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "posta.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bir qrup müsəlman qadın Londanda baş verən sonuncu terror aktı ilə bağlı aksiya keçiriblər. Aksiyaçı qadınlar "Westminster" köpüsü üzərində əl-ələ tutaraq terror əleyhinə insan zənciri yaradıblar.

Bu xəbərdə deyilir ki, çox sayda müsəlman qadın terror qurbanlarının ailələri ilə həmrəylik göstərmək məqsədi ilə ötən gün (bazar günü) Vestminster körpüsü üzərində əl-ələ tutaraq insan zənciri yaradıb.

Müsəlman qadınlar terror əleyhinə insan zənciri yaradaraq Londonda baş verən terroru pisləyib və bu kimi addımlara qarşı nifrətlərini bildirib.

İnsan zənciri aksiyasında iştirak edənlər "İslam zorakılığa qarşıdır” və "bu hadisə bizim hamımızı hədəfə alıb” kimi şüarlar səsləndirib və Londonda baş verən terror qurbanlarının ailələrinə baş sağlığı verib.

Qeyd edək ki, bir müddət öncə Londonda törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

http://iqna.ir/fa/news/3585823

Teqlər: iqna ، london ، terror ، müsəlman qadın
captcha