IQNA

Səud polisi Qətər vətəndaşlarını Kəbədən qovub

10:41 - June 14, 2017
Xəbər sayı: 3481756
Verilən son məlumatlara əsasən, Səudiyyə Ərəbistanı polisi Qətər vətəndaşlarının Məscidul-hərəmə daxil olmasına icazə verməyib.

Səud polisi Qətər vətəndaşlarını Kəbədən qovub

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı polisi Qətər vətəndaşlarının Məscidul-hərəmə daxil olmasına icazə verməyib. Bu barədə ölkənin insan haqları üzrə milli komitəsinin sədri açıqlamasında bildirib.

Bu barədə komitəyə şikayət ünvanladığını deyən Əli bin Sumeyx bildirib: "Vətəndaşlarımızın Məscidul-hərəmə daxil olmasına maneçilik törədilib və dərhal Kəbənin ətrafını tərk etmələrilə bağlı göstəriş verilib. Bu addım açıq-aşkar olaraq müsəlmanların hüquqlarının tapdalanmasıdır.”

Teqlər: səud polisi ، iqna ، quran ، İslam ، qətər ، kəbə ، məscid
captcha