IQNA

İmam Cavadın (ə) şəhadət mərasimi Kazimeyndə böyük izdihamla keçirilib + foto

13:40 - August 22, 2017
Xəbər sayı: 3482005
İraqın Kazimeyn şəhəri Həzrət İmam Məhəmmədtəqi Cavad İbnur-Rzanın (ə) şəhadət günü o həzrətin (ə) aşiq əzadarlarına evsahibliyi edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən gecə, cari həftənin birinci günü, 21 Avqust 2011-ci il (29 Zil-Qədə), şiələrin iki məsum və İlahi rəhbəri yeddinci imam Həzrət İmam Musa Kazim (ə) və doqquzuncu imam Həzrət İmam Məhəmmədtəqinin (ə) dəfn olunduğu müqəddəs Kazimeyn şəhəri Həzrət İmam Məhəmmədtəqi Cavad İbnur-Rzanın (ə) şəhadət gecə və şəhadət günü o həzrətin (ə) aşiq əzadarlarına evsahibliyi edib.

İraqın "üyunul-xəlic" xəbər və informasiya portalının yayımladığı xəbərədə deyilir ki, keçən gecə, cari həftənin birinci günü, 21 Avqust 2011-ci il (29 Zil-Qədə) Kazimeyn ziyarətgahı əzadarların və Əhli-Beyt (ə) aşiqlərinin izdihamlı iştirakına şahidlik edib. İmam Cavadın (ə) şəhadət gecəsi əzadarlıq dəstələri və heyətləri İraqın müxtəlif şəhərlərindən və dünyanın müxətlif ölkələrindən bu müqəddəs məkanda əzadarlıq ediblər.

Ziyarətgahın bütün xidmətçiləri İmam Cavadın (ə) ziyarətçiləri və əzadarlarına bütün mövcud imkanlardan istifadə edərək xidmət göstərmiş, ziyarətgahın xətibi Şeyx Əli Şükrü imamın (ə) fəzilət və mənaqibindən söhbət açmış və məddah və rövzəxanlar növhə və mərsiyələr oxumuşlar.

Ziyarətgahın xətibi İmamı (ə) təhlükə ilə üz-üzə qalmış İslam dininə yeni cavan verən ilk cavan adlandırmış və cavanalara tövsiyə etmişdir ki, O həzrətin (ə) sirə və həyatını öyrənsinlər və həyatlarının müxtəlif sahələrində O Həzrətə (ə) iqtida etsinlər və Onu (ə) özlərinə örnək qərar versinlər.

Bu mərasimin sonunda Əhli-Beyt (ə) məddahı Əmmar əl-Kənani İmam (ə) barədə qəsidə və mərsiyələr oxumumuş və sonda terrorçularla döyüşən İslam əsgərlərini dua etmişdir.

http://www.iqna.ir/fa/news/3633172

برگزاری مراسم شهادت جوادالائمه(ع) در کاظمین

برگزاری مراسم شهادت جوادالائمه(ع) در کاظمین

برگزاری مراسم شهادت جوادالائمه(ع) در کاظمین



برگزاری مراسم شهادت جوادالائمه(ع) در کاظمین
captcha