IQNA

Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin hacılara müraciəti:

Fələstini müdafiə və xilas etmək İslam ümmətinin əsas vəzifəsidir

13:14 - August 31, 2017
Xəbər sayı: 3482064
Dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Xamenei "Beytullahul-Həram"ın hacılarına müraciət ünvanlayaraq vurğulayıb: Fələstini müdafiə və xilas etmək İslam ümmətinin əsas vəzifəsidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei "Beytullahul-Həram"ın hacılarına müraciətində imperialist qüvvələrin müsəlmanlar arasında təfriqəsalma siyasətinə işarə edərək İslam dünyasının ziyalılarının və İslami ölkə başçılarının əsas vəzifəsinin İslam ümmətində vəhdət yaratmaq, millətləri maarifləndirmək, İslam ölkələrindəki acı hadisələrin qarşısını alıb dayandırmaq olduğunu bildirərək vurğuladı: Öz işğal edilmiş ölkəsi üçün yetmiş ilə yaxın bir zamanda mübarizə edən millətin kənarında dayanaraq Fələstini müdafiə və xilas etmək bizim hamımızın ən mühüm vəzifəsidir.

İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin "Beytullahul-Həram"ın hacılarına müraciətinin mətni bu gün səhər "vəliyyi-fəqih"İn Həcc işlərində nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətul-İslam vəl-müslimin Qazi Əskər tərəfindən ƏRƏFAT səhrasında hacılar üçün qiraət edilib.

Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin hacılara müraciətinin mətni:

Bismillahir-Rəhmanir-Rəhim

بسم‌اﷲ‌الرّحمن‌الرّحیم و الحمد ﷲ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد خاتم النّبیّین و آله الطّاهرین و صحبه المنتجبین.

Böyük Yaradana şükrlər edirəm ki, bu il də Həcc ziyarətini səadətini dünyanın hər yerindən olan böyük sayda möminlərə nəsib etdi ki, bu həmişəaxar və şirin çeşmədən sirab və gündüzləri, gecələri və mübarək saatları ecazkar iksir kimi ürəkləri və canları paklayan və zinətləndirən əzəmətli Allah evinin yanında Allah qarşısında xaşianə ibadət və zikr ilə məşğul olsunlar və Allaha yaxınlaşsınlar.

Həcc çox sirli və rəmzli bir ibadətdir və Allahın şərafətli evi İlahi bərəkətlərlə dolu və Həzrət Haqqın ayət və nişanələrinin məzhəridir. Həcc mömin, xüşu və tədəbbür sahibi olan bəndəni mənəvi məqamlara çatdırır və ondan nurani və uca məqamlı bir insan düzəldir. Həmçinin Həcc mömin insanı şücaətli, bəsirətli, mücahid və çalışqan edir. Bu misilsiz əməldə fərdi və ictimai, siyasi və mənəvi məqamlar aşkardır və bu gün müsəlman cəmiyyətləri bu xüsusiyyətlərə möhtacdır.

Bir tərəfdən insanları dünyəvilik və maddiyyata hərislik cadusu ən müasir avadanlıqlardan istifadə etməklə aldatmaq və məhv etməklə məşğuldur. Digər tərəfdən imperialist qüvvələrin müsəlmanlar arasında təfriqəsalma və fitnə alovlandırma siyasəti müsəlman ölkələrini cəhənnəmə çevirmişdir. HƏCC İslam ümmətinin düçar olduğu bu iki bəlanın şəfaverici dərmanıdır. Həm ürəkləri təmizləyir və təqva və mərifət işığı ilə nurlandırır və həm də gözləri İslam dünyasının acı həqiqətlərinə açır və iradələri möhkəmləndirir, zehnləri, əlləri və addımları bu acı həqiqətlə mübarizə üçünü aktivləşdirir.

Bu gün İslam dünyasında sabitsizlik var. Bu həm əxlaqi, həm mənəvi, həm də siyasi istiqamətdədir. Bunun başlıca səbəbi isə bizim qəflətimiz və düşmənlərin amansızcasına hücumudur. Biz pis düşmənlərin hücumları qarşısında öz dini və məntiqli vəzifəmizə əməl etməmişik. Quranın buyurduğu kimi اَشِّدآءُ عَلَی الکُفّار kafirlərə qarşı isə sərt, رُحَمآءُ بَینَهُم möminlərə qarşı mülayim olmağı unutmuşuq. Nəticədə sionist düşmən İslam dünyası coğrafiyasının qəlbində fitnələr törətməkdədir. Biz Fələstinin nicatı üçün boynumuzda olan vəzifəni unudaraq başımızı Suriyada, İraqda, Yəməndə, Liviyada və Bəhreyndə daxili müharibələrə və Əfqanıstanda, Pakistanda və başqa yerlərdə terrorizmlə mübarizəyə qatmışıq.

İslam ölkələrinin rəhbərləri və İslam dünyasının siyasi, dini və mədəni elitasının üzərinə çox ağır öhdəliklər düşür. Ən başlıcası vəhdət yaratmaq, etnik, dini qarşıdurmaları dayandırmaqdır. Bunun üçün isə dünya xalqlarını hegemonların və sionizmin xəyanətləri və düşmənçilik metodları ilə bağlı maarifləndirmək lazımdır. Ardınca insanları düşmənlə həm yumşaq, həm də sərt mübarizə üçün hazırlamaq əsas məqsəd olmalıdır. Bunlar həyata keçirilərsə İslam ölkələrində baş verən faciələri də tez bir zamanda dayandırmaq mümkündür.

Bu gün biz acı hadisələrin nümunələrini Yəməndə görürük. Dünyanın hər bir yerində buna etirazlar olunur və bu, hamının qüssəsinə çevirilib. Ən önəmli vəzifələrdən biri müsəlman azlıqlar, o cümlədən Myanmarın məzlum müsəlmanlarına olunan zülmlər qarşısında dayanmaq və onların müdafiə etməkdir.

Həmçinin Fələstini müdafiə etmək və 70 ilə yaxındı qeyd-şərtsiz öz işğal olmuş ölkəsi üçün mübarizə aparan xalqa dəstək olmaq ən başlıca vəzifəmizdir. Bunlar çox önəmli öhdəliklərdir. Bizim hamımızın borcu bunları yerinə yetirməkdir. Xalqlar bu öhdəlikləri yerinə yetirməyi öz dövlətlərindən tələb etsinlər. Xalqların elitası bu istəklərin yerinə yetirilməsi üçün tam ciddiyyətlə çalışmalıdır. Bu işlər heç şübhəsiz ki, Allah dininə yardımın həqiqi nümunəsidir. Əgər buna əməl etsək İlahi vədəyə uyğun olaraq Allah da bizə mütləq yardım edəcək.

Bunlar Həcc mərasiminin mühüm dərslərindən bir hissəsidir. Və ümidvaram ki, bunları anlayacaq və əməl edəcəyik.

Sizin hamınıza "həcciniz qəbul" deyirəm, Mina və Məscidul-Həram şəhidlərinin xatirəsini əziz tuturam və onlar üçün Kərim və Rəhim Allahdan ali dərəcələr arzu edirəm.

Vəssəlamu Ələykum və Rəhmətullah

Seyyid Əli Xamenei

7 Şəhrivər 1396

7 Zil-Həccə 1438

31 Avqust 2017

http://www.iqna.ir/fa/news/3635780


captcha