IQNA

MÜBAHƏLƏ ayəsinin tilavəti Şeyx Əbdül-Basitin səsi ilə

13:02 - September 15, 2017
Xəbər sayı: 3482162
Tarixi MÜBAHƏLƏ günü münasibətilə mübarək "mübahələ" ayəsinin tilavətini Şeyx Əbdül-Basitin qiraəti və səsi ilə təqdim edirik.
MÜBAHƏLƏ ayəsinin tilavəti Şeyx Əbdül-Basitin səsi iləİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, Zil-Hiccə ayının 24-ü, tarixdə "mübahələ" hadisəsinin baş verdiyi gündür.

Mübahələ hadisəsi Hicri-Qəmərinin 9-cu ilində Zil-Hiccə ayının 24-də baş vermiş və bu hadisə ilə bağlı mübarək Ali- İmran surəsinin 61-ci nurani ayəsi nazil olmuşdu.

"Mübahələ”, ərəb sözü olub, hər hansı bir şeyi öz başına qoymaq və azadlığa buraxmaq mənasını verir.

Dini terminologiyada isə hər hansı bir fərdi, ictimai, dini və s. işlərdə bir-biri ilə ixtilaflı olan iki nəfər və ya dəstənin bir-birinə Allah dərgahından lənət diləməsi və yalançı (zülümkar) olanın ilahi əzaba düçar olmasını diləməsinə deyilir.

Həzrət İslam Peyğəmbəri (s) Zil- Hiccə ayının 24- də öz nübüvvət və peyğəmbərliyinin və həmçinin İslam dininin haqq din olduğunu isbat etmək üçün Nəcrandan gəlmiş məsihi alimləri ilə MÜBAHƏLƏ mərasiminə çıxdı. O Həzrət (s) bu mərasimə qızı Fatimə, kürəkəni İmam Əli, övladları Həsən və Hüseyni (ə) apardı. Öz əzizləri ilə mübahələyə çıxan Peyğəmbəri (s) görən nəsranilər nifrinləşmə mərasiminə çıxmaqdan qorxdular.

Bu hadisə barədə Quran- Kərimin Ali- İmran surəsinin 61- ci ayəsi nazil oldu.

فَمَنْ حَآجَّكَ فِیهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَ أَبْنَاءكُمْ وَ نِسَاءنَا وَ نِسَاءكُمْ وَ أَنفُسَنَا و أَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِینَ

Məşhur "Kəsa" hadisəsi də ki, həm hədisi vardır və həm də Təthir ayəsi (Əhzab/33) bu barədə nazil olmuşdur, mübarək Zil- Hiccə ayının 24-də baş vermişdir. Necə ki, Kəsa hədisinin aşağıda göstərilən hissəsində oxuyuruq:

وَقَرْنَ فِی بُیوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِیةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِینَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا یرِیدُ اللَّهُ لِیذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَكُمْ تَطْهِیرًا

Aşağıdakı linkdə "mübahələ" ayəsini (Ali- İmran/61) məşhur qari şeyx Əbdül-Basitin qiraəti və səsi ilə dinləyə bilərsiniz.

DİNLƏ

http://www.iqna.ir/fa/news/3641742


Teqlər: iqna ، mübahələ ، nəcran ، ayə ، 24 zil-hiccə
captcha