IQNA

Çexiya məhkəməsindən hicab ayrıseçkiliyinə dair qərar

10:51 - September 20, 2017
Xəbər sayı: 3482187
Çexiyada Apelyasiya Məhkəməsi hicablı olması səbəbindən tibb bacısı məktəbində ayrıseçkiliyə məruz qaldığını irəli sürən somalili bir tələbənin şikayətini rədd edən məhkəmə qərarını təsdiqləyib.


Çexiya məhkəməsindən hicab ayrıseçkiliyinə dair qərar

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) eastnews-a istinadla xəbər verir ki, Çexiyada Apelyasiya Məhkəməsi hicablı olması səbəbindən tibb bacısı məktəbində ayrıseçkiliyə məruz qaldığını irəli sürən somalili bir tələbənin şikayətini rədd edən məhkəmə qərarını təsdiqləyib.

Bu, Apelyasiya Məhkəməsinin məsələ ilə bağlı qərarı yekundur. Xatırladaq ki, Praqa 10-cu Bölgə Məhkəməsi 27 yanvarda Somali vətəndaşı Ayan Camal Əhmədnurun üzr istəməsi və təxminən 2 min 750 dollar (60 min qoruna) təzminat tələbini ayrıseçkilik edildiyinə dair yetərli sübut olmadığı səbəbilə rədd etmişdi.

Məktəb rəhbərliyi Əhmədnurun onsuz da tələbə olmaq üçün lazımi sənədləri olmadığını, bu səbəbdən ayrıseçkiliyin olmadığını müdafiə etmişdi. Qeyd edək ki, Çexiya qanunları hicabı qadağan etmir.

captcha